reklam
“Vugar Gashimov Open 2026” turnirinin qalibləri bilindi
Sportfm.az xəbər saytı

“Vugar Gashimov Open 2026” turnirinin qalibləri bilindi


“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan “Vugar Gashimov Open 2026” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, A qrupunda 7,5 xal toplayan Tunar Davudov yarışın qalibi adını qazanıb.

Eyni xala malik Loğman Quliyev əlavə göstəricilərə görə ikinci yeri tutub. Hesabında 7 xal olan Vüqar Manafov üçüncü pillədə qərarlaşıb.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rapiddə Murad İbrahimli, blitsdə isə Rüstəm Rüstəmov birinci olub.

Turnirin bağlanış mərasimində qalib və mükafatçılara medal, diplom və pul mükafatları təqdim edilib.

“Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış sentyabrın 3-10-u aralığında keçiriləcək “Guba Open” olacaq.

Oxşar xəbərlər

“Lankaran Open 2026” başa çatdı - Qaliblər məlumdur
"Baku Open" şahmat festivalı keçiriləcək
Gəncədə keçiriləcək Şahmat Festivalının mükafatı bilindi
“Vugar Gashimov Open 2025” turnirinin qalibləri bilindi
Əhməd Əhmədzadə "Vugar Gashimov Open" turnirinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər