reklam
“Vugar Gashimov Open 2025” turnirinin qalibləri bilindi
Sportfm.az xəbər saytı

“Vugar Gashimov Open 2025” turnirinin qalibləri bilindi


Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığıyla keçirilən “Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, 9 turdan sonra hamıdan çox, 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.

Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.

11-ci dəfə keçirilən “Vugar Gashimov Open” cari il “Azərbaycan Şahmat Turu” layihəsinə daxil edilib.

Oxşar xəbərlər

Əhməd Əhmədzadə "Vugar Gashimov Open" turnirinin qalibi oldu
Şahmatçımız Dubayda qalib gəldi
Olimpiya çempionu artıq Bakıda - Vugar Gashimov Memorial-2022
Qrossmeysterimiz “Çikaqo Open” turnirinin qalibi oldu
"Baku Open" turnirinin qalibi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər