Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Lankaran Open 2026” başa çatdı -Qaliblər məlumdur
“Azərbaycan Şahmat Turu” çərçivəsində üçüncü yarış olan “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Sportfm.az xəbər verir ki, vağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Doqquz turdan ibarət yarışın A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov bütün rəqiblərini qabaqlayaraq “Lankaran Open 2026” turnirinin qalibi adını qazanıb. Eyni xala malik Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Aktivində 6,5 xal olan Azərbaycan şahmatçısı Şiroğlan Talıbov üçüncü yerlə kifayətlənib.
A qrupunda ən yaxşı qadın iştirakçı kimi Cera Dagariya (Hindistan) mükafat əldə edib.
B turnirində İsmayıl Məmmədli qalib olub. Vüsal Əhmədovla Nihad Eynullayev müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Mayank Çakraborti (Hindistan), blitsdə isə Ramtin Kakavand (İran) birincilik əldə edib.
Xatırladaq ki, “Lankaran Open 2026” Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin üçüncü turniridir.
“Azərbaycan Şahmat Turu” layihəsində növbəti yarış Şamaxıda olacaq.

Oxşar xəbərlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Gəncədə keçiriləcək Şahmat Festivalının mükafatı bilindi
“Vugar Gashimov Open 2025” turnirinin qalibləri bilindi
Azərbaycanda ilk dəfə belə bir yarış olacaq
AŞF-dan bir ilk - “Chess Tour Azerbaijan” keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası