Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Avrokuboklarda 10-cu qələbə!
“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində KuPS komandasına qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.
Sportfm.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. “Sabah” ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.
“Sabah”ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn “Sabah” ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Oxşar xəbərlər
“Zirə” Əliyar Ağayevlə 25-ci qələbəsini qazandı
Avrokuboklarda 500-cü qol
80-ci qələbələrini qazandılar
“Sabah”ın 40-cı səfər qələbəsi
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası