reklam
Avrokuboklarda 500-cü qol
Sportfm.az xəbər saytı

Avrokuboklarda 500-cü qol


Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

Sportfm.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Yubiley qolu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Sabah” – “Çelye” matçına təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Safranko 500-cü qolun müəllifi olub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubu avrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.

Oxşar xəbərlər

150-ci ev qolunu vurdular
“Araz-Naxçıvan”ın 30-cu qolu
Bölgə komandasının tarixində 900-cü qol
Hüseynpur AZAL-ın tarixinə düşdü
Mövsümün 100-cü qolu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər