Avro-2017: İtaliya Azərbaycanla oyundan sonra heyətini açıqladı
Qadın voleybolçulardan ibarət İtaliya millisinin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Davide Mazzanti Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatı üçün "14-lüy"ü müəyyənləşdirib.
O, məhz yığmamızla keçirdikləri 3 görüşdən sonra 4 voleybolçudan imtina edib. Miriam Silla dopinqdə "ilişdiyi" üçün komandadan kənar qalıbsa, Ofeliya Malinov zədəli olduğundan heyətə salınmayıb. Mazzanti Anastasiya Qerra və Valentina Diufu da həlledici matçlar üçün yığmaya layiq görməyib.
İtaliyanın heyəti:
Toppaylayıcılar: Alessia Orro, Karlotta Kambi
Blokçular: Sara Bonifaço, Kristina Çiriçella, Anna Danesi, Rafaela Foli.
Hücumçular: Katerina Bosetti, Lusia Bosetti, Sara Lod, Valentina Tirozzi, Paola Eqonu, İndre Sorokayte
Liberolar: Monika de Cennaro, Biatris Parroççhial
Qeyd edək ki, B qrupunda yer alan İtaliya qrup maçtlarını Tiflisdə keçirəcək. Onlar ev sahibləri, Belarus və Xorvatiya ilə üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti məlum oldu - Qızıl Avropa Liqası
Millimizin Avropa Olimpiya Təsnifat Turniri üçün heyəti açıqlandı
Ukrayna yığmasının yekun heyəti açıqlandı
Azərbaycan millisinin rəqibi heyətini açıqladı
Mixayloviç Azərbaycana gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası