Azərbaycan millisinin heyəti məlum oldu -Qızıl Avropa Liqası
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün ilkin heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, turnirdə iştirak üçün sifariş vərəqinə 20 oyunçu daxil edilib.
Heyətdə 3 libero, 5 toppaylayıcı, 7 blokçu və 5 hücumçu yer alıb.
İlkin heyətə liberolar - Leyla Parşkova, Bəyaz Əliyeva, Yuliya Kərimova, toppaylayıcılar - Yana Doroşenko, Valeriya Kondratyeva, Kristina Yaqubova, Raziyə Əliyeva, Şəfaqət Alışanova, blokçular - Ayşən Abduləzimova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Olena Xarçenko, Kseniya Pavlenko, Mariya Kirilyuk, Larisa Smertsova, hücumçular - Anastasiya Qurbanova, Marqarita Stepanenko, İlhamə Əliyeva, Anastasiya Bayduk və Odina Əliyevanın adı daxil edilib.
Qızıl Avropa Liqasının "A" qrupunda yer alan yığmamız Fransa, İspaniya və Rumıniya ilə mübarizə aparacaq. Komandamız qrup mərhələsinə iyunun 6-da Rumıniya ilə görüşlə start verəcək.
Oxşar xəbərlər
Millimizin Avropa çempionatı üçün heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı
Voleybol yığmamız Rusiyaya qarşı - Avropa çempionatı
Millimiz növbəti oyununa çıxacaq - Avropa çempionatı
Azərbaycan millisi mübarizəyə başlayır - Avropa çempionatı Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası