Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Qran-prini 4 medalla başa vurdu
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin növbəti uğuruna Murad Fətiyev imza atıb.
Sportfm.az xəbər verir ki, -90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycan millisi Sindao Qran-prisini 1 qızıl və 3 bürünc medalla başa vurub. Yarışın əvvəlki günlərində Zelim Tçkayev (-81 kq) qızıl, Əhməd Yusifov (-60 kq) və Hidayət Heydərov (-81 kq) isə bürünc medal qazanıblar.
57 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 3-cü yeri tutub.

Oxşar xəbərlər
Murad Fətiyevdən qızıl medal
Heydərov Çində medal qazandı - FOTO
Millimiz Meksikada qalib oldu
Cüdoçularımız qran-prini 7 medalla başa vurdu
Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası