reklam
Heydərov Çində medal qazandı -
Sportfm.az xəbər saytı

Heydərov Çində medal qazandı -FOTO


Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.

Sportfm.az xəbər verir ki, Zelim Tçkayev (-81 kq) bütün görüşlərdə inamlı çıxış edərək turnirin qalibi olub. Cüdoçumuz finalda Avstriya təmsilçisi Bernard Faşinqi üstələyərək karyerasında ilk dəfə Qran-Pri turnirində qızıl medal qazanıb.

Hidayət Heydərov (-81 kq) isə yeni çəki dərəcəsində ilk medalını əldə edib. Olimpiya çempionumuz bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Eqor Suxoparovu məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, turnirin ilk yarış günündə Əhməd Yusifov (-60 kq) bürünc medal qazanmışdı. Bununla da Azərbaycan millisi Sindao Qran-Prisinin ilk iki yarış gününü 1 qızıl və 2 bürünc medalla başa vurub. Millimiz ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq ikinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Avropa Kubokunda 9 medal - UĞUR
Cüdoçumuz bürünc medal qazandı - Avropa Çempionatı
Cüdoçumuz bürünc medal qazandı - Qran-Pri
Turandan bürünc medal - Qran Pri turniri
Azərbaycan cüdoçusu bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər