reklam
San Marinonun baş məşqçisi:
Sportfm.az xəbər saytı

San Marinonun baş məşqçisi: "Azərbaycan futbol ölkəsidir"


"Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımından böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq".
Sportfm.az xəbər verir ki, bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.
48 yaşlı mütəxəssis sentyabrın 4-də "Bakcell Arena"da təşkil olunacaq matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. O, bildirib ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycanın futbol ölkəsi olmasının sübutudur: "Azərbaycana qarşı böyük hörmətimiz var. Bilirik ki, Azərbaycan futbol ölkəsidir. Son vaxtlar əldə olunan nəticələr də bunun sübutudur. Lakin biz burdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Sabahkı matç bir növ bizim üçün döyüş olacaq. Rəqibin heyətindəki itkilərdən xəbərdaram. Özüm də bu halla dəfələrlə üzləşmişəm. Ümid edirəm ki, Robert Prosineçki layiqli əvəzləyicilər tapacaq".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - San Marino oyunu saat 20:00-da başlayacaq.

 

Oxşar xəbərlər

"Azərbaycanla oyunda problemlə qarşılaşa bilərik" - Rayan Giqqz
Nikola Yurçeviç: "Qalib gəlmək üçün hücum etməliyik"
Marek Suxi: Rəşad Sadıqovun vida matçına çıxması bizim üçün stimuldu"
Azərbaycan - San Marino: Açıq məşq və mətbuat konfransı
Azərbaycan - San-Marino: Açıq məşq və mətbuat konfranslarının vaxtları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər