reklam
Marek Suxi: Rəşad Sadıqovun vida matçına çıxması bizim üçün stimuldu
Sportfm.az xəbər saytı

Marek Suxi: Rəşad Sadıqovun vida matçına çıxması bizim üçün stimuldu"


"Komandanız haqda yalnız pozitiv məlumatlarımız var. Maksimum nəticə əldə etmək və özümüze yaxşı tərəfədən göstərmək istərdik. Azərbaycan millisi rəğbət bəsldəiyimiz bir komandadır".

Sportfm.az xəbər verir ki, bunu Çexiya yığmasının futbolçusu Marek Suxi Azərbaycan millisinə qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

29 yaşlı yarımmüdafiəçi deyib ki, Çexiya ilı görüşün Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olması onlar üçün əlavə bir stimuldur: "Rəşadı bu cür yüksək səviyyəyə çatdığı üçün təbrik edirik. Lakin bizim də öz planlarımız var.
Dünya çempionatında iştirak etmək şansımızı itirsək də, millinin formasını geyinmək bizim üçün şərəfdir. Daha çox qazanmağa çalışacağıq. Qarşıda qoyulan məqsədə çatmasaq da, bütün matçlara maksimum güclə hazırlaşırıq. İnsan gərək aldığı zərbələrdən sonra ayağa qalxa bilsin. Azərbaycan millisi ilə Çexiyada 0:0 hesabı ilə başa çatan matçda daha yaxşı nəticə əldə etmək istərdik. Oyunda müxtəlif səhvlərə yol verdik. Bu dəfə isə qol vurub, xal qazanmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.(Mənbə: Sportnet.az)

Oxşar xəbərlər

"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
"Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq" - Emin Mahmudov
"Bura yaxşı nəticə üçün gəlmişik" - Maksim Medvedev
Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi
San Marinonun baş məşqçisi: "Azərbaycan futbol ölkəsidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər