reklam
Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti -
Sportfm.az xəbər saytı

Mərakeş millisinin DÇ-2026 üçün yekun heyəti -SİYAHI


Mərakeş millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu haqda yerli federasiya məlumat yayıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundial iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Baş məşqçi heyətə 26 futbolçu cəlb edib.

Qapıçılar: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Munir Əl-Kacui (“Renessans de Berkane”), Əhməd Reda Tanyauti (“FAR”).

Müdafiəçilər: Nussair Mazraui (“Mançester Yunayted”), Anass Salah-Eddin (PSV), Yussef Bellamari (“Raca”), Nayef Agerd (“Marsel”), Çadi Riyad (“Kristal Pelas”), İssa Diop (“Fulhem”), Reduan Xalxal (“Mexelen”), Aşraf Hakimi (PSJ), Zakariya Əl-Uahdi (“Genk”).

Yarımmüdafiəçilər: Samir Əl-Murabet (“Strasbur”), Ayub Buaddi (“Lill”), Nil Əl-Aynaui (“Roma”), Sofyan Amrabat (“Betis”), Azzedin Unahi (“Jirona”), Bilal Əl-Hannuss (“Ştutqart”), İsmail Saybari (PSV).

Hücumçular: Ez Abde (“Betis”), Şemsdin Talbi (“Sanderlend”), Sofyan Rahimi (“Əl-Ayn”), Ayub Əl-Kaabi (“Olimpiakos”), Brahim Dias (“Real” Madrid), Yassin Gessimi (“Strasbur”), Ayube Amaimuni (“Ayntraxt”).

Mərakeş millisi DÇ-2026-nın C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Şotlandiya millisinin yekun heyəti - DÇ-2026
Fransa və Mərakeş yığmalarının start heyətləri - DÇ-2022
Mərakeş - İspaniya - Start heyətlər
Kanada - Mərakeş - Start heyətlər
Mərakeş millisinin heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər