reklam
Şotlandiya millisinin yekun heyəti -
Sportfm.az xəbər saytı

Şotlandiya millisinin yekun heyəti -DÇ-2026


Şotlandiya millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini elan edib.

Sportfm.az xəbər verir ki, baş məşqçi Stiv Klark 26 futbolçudan ibarət siyahıya komandanın əsas top-oyunçularını daxil edib.

Heyətdə Endryu Robertson, Skott Maktominey, Billi Qilmur və Con Makqinn kimi aparıcı oyunçular yer alır:

Qapıçılar: Kreyq Qordon (“Harts”), Anqus Qann (“Nottingem Forest”, İngiltərə), Liam Kelli (“Reyncers”);

Müdafiəçilər: Qrant Hanli (“Hibernian”), Cek Hendri (“Əl-İttfaq”, Səudiyyə Ərəbistanı), Aaron Hiki (“Brentford”, İngiltərə), Dom Huam (“Reksem”), Skott Makkenna (Zaqreb “Dinamo”su, Xorvatiya), Natan Patterson (“Everton”, İngiltərə), Entoni Ralston (“Seltik”), Endryu Robertson (“Liverpul”, İngiltərə), Con Souttar (“Reyncers”), Kiran Tirni (“Seltik”);

Yarımmüdafiəçilər: Rayan Kristi (“Bornmut”, İngiltərə), Findley Kurtis (“Kilmarnok”), Luis Ferqyuson (“Bolonya”, İtaliya), Ben Qannon-Doak (“Bornmut”, İngiltərə), Billi Qilmur (“Napoli”, İtaliya), Con Makqinn (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç”, İngiltərə), Skott Maktominey (“Napoli”, İtaliya);

Hücumçular: Çe Adams (“Torino”, İtaliya), Lindon Daks (“Çarlton”, İngiltərə), Corc Herst (“İpsviç”, İngiltərə), Lorens Şenklend (“Harts”), Ross Stüart (“Sauthempton”, İngiltərə).

Şotlandiya yığması turnirin qrup mərhələsində Haiti, Mərakeş və Braziliya milliləri ilə qarşılaşacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Oxşar xəbərlər

Cənubi Koreya millisinin yekun heyəti açıqlandı - DÇ-2026
Şotlandlar AÇ-2024-ə hansı futbolçuları aparır? - SİYAHI
Niderland yekun heyətini açıqladı - AVRO-2024
Niderland millisinin heyəti - AVRO-2024
"Qlazqo Reyncers"in futbolçusu Bakıya gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər