reklam
Azərbaycan və Özbəkistan federasiyaları arasında memorandum imzalandı
Sportfm.az xəbər saytı

Azərbaycan və Özbəkistan federasiyaları arasında memorandum imzalandı


Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında anlaşma memorandumu imzalanıb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə ASTF arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb.

ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.

Memorandumun əsas mahiyyəti və istiqamətləri müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili, iki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması, milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları, tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili, həmçinin birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıqdır.

Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.

Oxşar xəbərlər

AFFA Anlaşma Memorandumu imzaladı
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Azərbaycan və Kuba Gimnastika Federasiyaları memorandumu imzalandı
Azərbaycan birinciliyi keçiriləcək
Azərbaycan və Türkiyə federasiyaları arasında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər