reklam
Azərbaycan birinciliyi keçiriləcək
Sportfm.az xəbər saytı

Azərbaycan birinciliyi keçiriləcək


Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.

Sportfm,az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa” İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Oxşar xəbərlər

"Şüa"da ölkə birinciliyi
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başladı
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatdı
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər