reklam
Sportfm.az xəbər saytı

"Zirə", yoxsa "Neftçi"? - Avrokuboklara kim gedəcək?


Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Oyun meydan sahibləri üçün olduqca əhəmiyyətlidir. Hazırda 5-ci pillədə qərarlaşan Rəşad Sadıqovun komandası sona iki tur qalmış 4-cü yerdə olan "Neftçi"dən 3 xalı geri qalır.

Daha bir vacib matça çıxacaq "Neftçi" isə artıq çempionluğunu rəsmiləşdirən "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki. Azərbaycanı 2026-2027 mövsümündə avrokuboklarda təmsil edəcək yalnız 4-cü komanda hələ müəyyənləşməyib ki, bu da ya "Neftçi" ya da "Zirə" olacaq. Çempionatı 4-cü pillədə başa vuracaq komanda mübarizəyə Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən start verəcək.

17 may (bazar)

Misli Premyer Liqası, 32-ci tur

18:00. “Zirə” - “Sumqayıt”

Baş Hakim: Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu, 18:00

18:00. “Sabah” - “Neftçi”

Baş Hakim: Kamal Umudlu,

“Bank Respublika Arena”

Turun digər nəticələri

“Şamaxı” - “Turan Tovuz” - 3:2

“Qarabağ” - “İmişli”- 3:0

“Karvan-Yevlax” - “Qəbələ” - 1:2

“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Oxşar xəbərlər

"Kəpəz" çempionu məğlub etdi - Premyer Liqa
“Qarabağ” – “Sabah” və “Neftçi” – “Qarabağ” oyunlarının vaxtı bilindi
"Sabah" "Zirə"yə, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa
“Sabah” “Sumqayıt”a, “Zirə” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər