reklam
“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı -
Sportfm.az xəbər saytı

“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. 6 turdan sonra 11 xalı olan Naxçıvan klubu turnir cədvəlində 4-cü, İmişli təmsilçisi isə 8 xalla 7-ci yeri tutur.

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gələcək.

6 turdan sonra 12 xalı olan “Zirə” “Turan Tovuz”la birgə şərikli liderdir. Cəmi bir qələbəsi olan “Neftçi” isə 7 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

7-ci tur

3 oktyabr

17:00. “Araz-Naxçıvan” - “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

19:30. “Zirə” - “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu

4 oktyabr

17:30. “Qarabağ” - “Kəpəz”

19:30. “Sumqayıt” - “Turan Tovuz”

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”

17:30. “Qəbələ” - “Şamaxı”

Oxşar xəbərlər

"Şamaxı" "Araz-Naxçıvan"a, "Neftçi" "Karvan"a qarşı - Premyer Liqa
"Kəpəz” “Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı - Premyer Liqa
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər