reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" çempionu məğlub etdi -Premyer Liqa


Misli Premyer Liqasında 31-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0.

Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi qələbə qazanıb - 1:0. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlmişdi - 3:1, 1:0.

8 may

Misli Premyer Liqası, 31-ci tur

19:30 "Sabah" – "Kəpəz" - 0:1

Qol: Rəhman Hacıyev, 46
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”

16:30 "İmişli" – "Zirə" - 0:0
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

9 may (şənbə)

17:00.“Qəbələ” – “Qarabağ”
19:30.“Sumqayıt” – “Araz-Naxçıvan”

10 may (bazar)

17:00.“Turan Tovuz” – “Karvan Yevlax”

19:30“Neftçi” – “Şamaxı”

Oxşar xəbərlər

"Kəpəz" "Sumqayıt"ı, "İmişli" "Araz-Naxçıvan"ı uddu - Premyer Liqa
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı - Premyer Liqa
Tovuzda vacib matç - Premyer Liqa
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
"Turan Tovuz" "Neftçi" ilə bərabərə qaldı, "Zirə" "Kəpəz"i məğlub etdi - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər