reklam
Günün ilk oyunu Tovuzda başlayacaq -
Sportfm.az xəbər saytı

Günün ilk oyunu Tovuzda başlayacaq -YENİLƏNİR


Bu gün Azərbaycan Premyer Liqasının XXXI turunun son 2 görüşü oynanılacaq.

Sportfm.az xəbər verir ki, günün ilk oyunu Tovuzda olacaq.

Eyniadlı şəhərin "Turan" komandası "Karvan-Yevlax"ı qonaq edəcək.

Saat 17:00-da start veriləcək qarşılaşmanı Əkbər Əhmədov idarə edəcək.

56 xalı olan Tovuz təmsilçisi 3-cü, 14 xallı yevlaxlılar isə aşkar autsayderdir.

"Karvan-Yevlax" bu görüşdə də xal itirsə, aşağı liqaya düşməsi rəsmiləşəcək.

Tərəflər indiyədək 2 dəfə qarşılaşıb. Hər iki görüş də cari mövsümə təsadüf edib. Hər iki oyunda “Turan Tovuz” qələbə qazanıb. “Karvan-Yevlax” səfərdə qol vurmayıb.

Günün ikinci matçı isə "Palm Sports Arena"da baş tutacaq. "Neftçi" "Şamaxı"nı qonaq edəcək.

Saat 19:30-da başlayacaq görüşü Tural Qurbanov idarə edəcək.

50 xalı olan Bakı təmsilçisi 3-cü, 35 xala malik region klubu isə cədvəlin 8-ci pilləsində qərarlaşıb.

Klublar indiyədək 80 dəfə qarşılaşıb. Bunlardan 44-ü "ağ-qaralar"ın, 16-sı "şirlər"in xeyrinə başa çatıbsa, 20 dəfə də heç-heçə qeydə alınıb “Şamaxı” son 12 matçda qələbə qazanmayıb. “Neftçi” son 5 qarşılaşmada qol vurub.

Azərbaycan Premyer Liqası
XXXI tur
10 may (bazar)

19:30. “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 17:00


19:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Palms Sports Arena”

Oxşar xəbərlər

"Qarabağ" Qəbələdə - Premyer Liqa
“Karvan-Yevlax” “Kəpəz”ə qarşı - 27-ci tur başlayır
Bu gün Qərb derbisi var - Premyer Liqa
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Sumqayıt" "Şamaxı"ya qarşı - Premyer Liqa
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər