reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Qəbələdə -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasının XXXI turunun daha 2 matçş oynanılacaq.

Sportfm.az xəbər verir ki, günün ilk matçı Qəbələdə olacaq. Eyniadlı komanda "Qarabağ"ı qonaq edəcək.

Saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

30 oyundan sonra 62 xalı olan "köhlən atlar" ikinci sırada qərarlaşıb. 20 xalı olan region klubu isə 11-ci pillədədir.

Tərəflər indiyədək 64 dəfə qarşılaşıb. Bunlardan 38-ində Ağdam təmsilçisi, 16-sında "qırmızı-qaralar", 10-unda isə heç-heçə qeydə alınıb.

“Qəbələ” son 26 oyunda qələbə qazanmayıb. “Qarabağ” son 12 matçda qol vurub.

Günün ikinci qarşılaşması isə Sumqayıtda olacaq. Yerli komanda "Araz-Naxçıvan"ı qonaq edəcək.

Saat 19:30-da başlayacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Tərəflər turnir cədvəlinin 6 və 7-ci sırasında qərarlaşıb. 30 oyuna 40 xal toplayan Naxçıvan təmsilçisi 38 xalı olan "kimyaçılar"ı qabaqlayır.

Tərəflər indiyədək 10 dəfə qarşılaşıb. "Gənclik şəhəri təmsilçisi" qonaqları minimal fərqlə üstələyir. Bu görüşlərdən 4-ündə Abşeron klubu qələbə qazanıbsa, 3-ündə də naxçıvanlılar qalib gəlib, eyni sayda da heç-heçə qeydə alınıb. Son üç qarşılaşmada meydan sahibi olan komanda qalib gəlib. “Araz-Naxçıvan” son üç görüşdə qol vurub.

Azərbaycan Premyer Liqası
XXXI tur
9 may (şənbə)


17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu


19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
M.H. adına Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər

"Qarabağ"la "Turan" üz-üzə - YENİLƏNİR
Bu gün iki oyun var - Premyer Liqa
“Qarabağ” – “Neftçi” matçını idarə edəcək hakim bilindi
"Kəpəz” “Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Premyer Liqa
"Qəbələ" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər