reklam
Cüdoçularımız üç fərqli turnirdə beş medal qazanıb -
Sportfm.az xəbər saytı

Cüdoçularımız üç fərqli turnirdə beş medal qazanıb -FOTO


Azərbaycan cüdoçuları mübarizə apardıqları üç fərqli turnirdə ümumilikdə beş medal qazanıblar.

Sportfm.az xəbər verir ki, gənc cüdoçular Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda üç mükafata sahib olublar.

Nihad Məmişov (66 kiloqram) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə Azərbaycanın Dövlət Himnini səsləndirib. Ayxan Mirzəzadə (60 kiloqram) və Sadiq İsgəndərli (66 kiloqram) isə beynəlxalq turniri 3-cü pillədə başa vurublar.

Azərbaycan bir qızıl və iki bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü, oğlanların mübarizəsində isə 2-ci pillədə qərarlaşıb.

Yeniyetmə cüdoçulardan ibarət millimiz Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Kubokunun ilk günündə bir medal qazanıb. Fərid Rzazadə (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda ermənistanlı Armen Matevosyanı məğlub edib.

Nəhayət, Rəşid Məmmədəliyev (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc mükafat əldə edib. Bu, Azərbaycan millisinin turnirdə ilk medalı olub.

Oxşar xəbərlər

Taekvondoçularımız 13 medal qazandı - Beynəlxalq turnir
Gənc güləşçilərimiz Gürcüstandan 7 medalla qayıtdı
Qadın güləşçimiz Antalyada qızıl medal qazandı
Güləşçilərimiz yenə qızıl medal qazandı
Daha iki güləşçimiz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər