Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gənc güləşçilərimiz Gürcüstandan 7 medalla qayıtdı
Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri Gürcüstanın Qori şəhərində keçirilmiş “Şxireli Kuboku”nda 7 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, Vasif Bağırov (57 kiloqram), Musa Verdiyev (65 kiloqram) və Ramik Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kiloqram) ikinci, Əhməd Əhmədli (74 kiloqram), Emin Qocayev (79 kiloqram) və Sadiq Mustafazadə (86 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak edib. Azərbaycanı ənənəvi yarışda 7 güləşçi təmsil edib və onların hər biri fəxri kürsüyə qalxıb.
“Şxireli Kuboku”nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyublar.

Oxşar xəbərlər
Güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
Qadın güləşçimiz Antalyada qızıl medal qazandı
2024-ün ilk beynəlxalq yarışında hansı idmançılarımız olacaq?
İki güləşçimiz dünya çempionu oldu
Güləşçilərimizdən 4 medal - Beynəlxalq turnir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası