reklam
Bakıda “Prezident Kuboku” keçiriləcək
Sportfm.az xəbər saytı

Bakıda “Prezident Kuboku” keçiriləcək


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.

Sportfm.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Mayın 2–3-də Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.

Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq.

Yarış iki kateqoriyada – yeniyetmələr optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

“Prezident Kuboku” Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında keçiriləcək.

Oxşar xəbərlər

“Prezident kuboku-2025” bu dəfə Füzuli, Mingəçevir və Suqovuşanda keçiriləcək
Stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Türkiyə avarçəkənləri Bakıya gəldi - FOTO
Azad olunmuş ərazilərdə ilk yarış - Prezident kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər