Türkiyə avarçəkənləri Bakıya gəldi -FOTO
Türkiyənin avarçəkənləri beynəlxalq yarış üçün Bakıya gəlib.
Sportfm.az xəbər verir ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının başlamasına 2 gün qalıb. Artıq iştirakçı ölkələrdən komandalar da bu gün səhər saatlarında Bakıya gəlib. Qonaqlar Heydər Əliyev adına hava limanında böyük coşqu ilə qarşılanıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Türkiyə komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.
Türkiyə “Prezident kuboku”nda 12 idmançı ilə mübarizə aparacaq. Yarışlar 2 gün davam edəcək. Reqata mayın 6-da Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-si isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq.
“Prezident kuboku”na Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
Oxşar xəbərlər
"Prezident kuboku-2022"-nin birinci gününə yekun vuruldu
“Prezident kuboku-2022” turnirinin açılışı oldu - FOTO
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu - FOTO
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Azad olunmuş ərazilərdə ilk yarış - Prezident kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası