“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir təşkil olunacaq. Belə ki, mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident kuboku-2022” turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnirdən əvvəl – mayın 5-də Mingəçevirdə komandaların rəsmi keçidi baş tutacaq. Komanda rəsmiləri paradın sonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.
Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.
Oxşar xəbərlər
"Prezident kuboku-2022"-nin birinci gününə yekun vuruldu
“Prezident kuboku-2022” turnirinin açılışı oldu - FOTO
“Prezident kuboku-2022”-nin rəsmi paradı oldu - FOTO
Türkiyə avarçəkənləri Bakıya gəldi - FOTO
Azad olunmuş ərazilərdə ilk yarış - Prezident kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası