Polşalı idmançı Baltik dənizini üzərək keçib
Polyak üzgüçü Sebastyan Karas bir ilkə imza atıb: o, tarixdə ilk dəfə Baltik dənizini üzərək keçə bilib.
Sportfm.az xəbər verir ki, bu idmançı Polşanın Kolobjeq şəhəri ilə Danimarkanın Bornholm adası arasındakı məsafəni 28,5 saata qət edib.
İdmançını kiçik bir gəmi müşayiət edib. Bu müddətdə bəzən dalğaların hündürlüyü 2 metrə çatır, suyun temperaturu isə 20 dərəcəni aşmırdı.
Sebastyan Karas Baltik dənizini üzərək keçmək üçün ilk dəfə keçən il cəhd göstərib, lakin o vaxt startdan 8 saat sonra üzgüçü səhhətinin vəziyyətinə görə bu cəhdini yarımçıq dayandırmalı olub.
26 yaşlı üzgüçü Elblonqda anadan olub. İki il bundan əvvəl o, La-Manş kanalını üzərək keçib və o vaxt da yüksək nəticə göstərib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
Oxşar xəbərlər
Mirça Luçeskunun köməkçiləri müəyyənləşdi
Fettel yenə öndədir
51 yaşlı üzgüçüdən dəhşətli sınaq
Elxan Məmmədov seçki platformasını təqdim etdi
105 yaşında rekorda imza atdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası















Misli Premyer Liqası