reklam
Fettel yenə öndədir
Sportfm.az xəbər saytı

Fettel yenə öndədir


"Formula 1" üzrə Kanada Qran Prisinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, qalib adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb.

O, finişə 1 saat 10,764 dəqiqəyə çatıb. İkinci yeri ondan 0,093 saniyə geri qalan "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas tutub. Üçüncü pillə isə "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappenə qismət olub. Ferstappen 1 saat 10,937 saniyə nəticə göstərib. Ümumilikdə 20 iştirakçıdan 19-u finişə çata bilib.

7 mərhələdən sonra "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton 110 xalla liderdir. Hemilton Kanada Qran Prisində finişə 1 saat 10,937 saniyəyə çataraq, 4-cü yeri tutub. Fettel 96 xalla 2-ci, "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo 72 xalla 3-cüdür.

Avtomobillərin mübarizəsində ilk 3 yerdə "Mercedes" (178 xal), "Ferrari" (156 xal) və "Red Bull" (107 xal) qərarlaşıb.

Qeyd edək ki, növbəti Qran Pri 22-24 iyunda Fransada keçiriləcək.

Oxşar xəbərlər

Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Rusiya Qran-prisinin qalibi məlum oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Fettel Belçika Qran-prisinin qalibi oldu
Fettel Britaniya Qran-prisinin qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər