reklam
Norveç - Azərbaycan oyununa maraq  aşağı səviyyədədir
Sportfm.az xəbər saytı

Norveç - Azərbaycan oyununa maraq aşağı səviyyədədir


2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan oyununa maraq aşağı səviyyədədir.

Sportfm.az xəbər verir ki, bu barədə yerli mətbuata Norveç Futbol Federasiyasının bilet satışı üzrə meneceri Merete Prestkvern bildirib. Onun sözlərinə görə, hazırda 6 min bilet satılıb və Norveçdə oyuna maraq çox aşağı səviyyədir: "Rəqəmlər göstərir ki, ictimai maraq azalıb. Bu da Norveç yığmasının dünya çempionatına vəsiqə şansını böyük ölçüdə itirməsindən irəli gəlir". Sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu arenanın 28 min tamaşaçı tutumu var.

Oxşar xəbərlər

“Qarabağ” “Molde” oyununa satılan bilet sayı - 19 min
Avstriya - Azərbaycan oyununa 17 000 bilet satıldı - AVRO-2024
Azarkeşlər "Dudelanj"la oyuna maraq göstərmir! - 5 min bilet satılıb
Norveç yığmasının futbolçusu:"Hələ hər şey dumanlıdır"
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər