reklam
Müharibə
Sportfm.az xəbər saytı

Müharibə "futbola da çatdı" - İraqda oyun dayandı


İraq Ulduzlar Liqasında “Erbil” - “Əl-Minaa” oyunu hərbi təhlükə səbəbindən müvəqqəti dayandırılıb.

Sportfm.az xəbər verir ki, 22-ci tur çərçivəsində “Franso Hariri” stadionunda keçirilən matç zamanı şəhər üzərində raket trayektoriyaları müşahidə olunub.

Təhlükəsizlik səbəbindən hakim briqadası futbolçuları dərhal meydandan çıxararaq stadionun daxili dəhlizlərinə aparıb. Hava məkanı təhlükəsiz elan edildikdən sonra isə qarşılaşma yenidən bərpa olunub.

Qeyd edək ki, matç “Erbil”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq ABŞ-ın hərbi bazalarına və İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirib.

Oxşar xəbərlər

İraq millisi FİFA-ya müraciət etdi - DÇ-2026
Hərbi münaqişənin kəskinləşdi - Çempionlar Liqasının təxirə salındı
Salah Qəzza əhalisinə maddi dəstək göstərdi
Hərbiçilərimiz “Dəniz kuboku - 2018” turnirində iştirak etdi - FOTO
Dünyanın ən böyük stadionu harda olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər