Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xüsusi Olimpiya Komitəsi ilə Cüdo Federasiyası memorandum imzaladı
Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sportfm.az xəbər verir ki, Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin adaptiv cüdo vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir.
Sənəd çərçivəsində tərəflər ölkədə adaptiv cüdonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.
Memorandum Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev tərəfindən imzalanıb.
Tədbir çərçivəsində adaptiv cüdo üzrə turnir də təşkil olunub.

Oxşar xəbərlər
MPK Taekvondo Federasiyası ilə Memorandum imzaladı
Bu federasiyalar arasında Memorandum imzalandı
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Cüdo məşqçiliyinin inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalandı
Azərbaycan Özbəkistanla əməkdaşlıq edəcək - Cüdo sahəsində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası