Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu federasiyalar arasında Memorandum imzalandı
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Azərbaycan Triatlon Federasiyası (ATF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Sportfm.az xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar.
Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlona cəlb edilməsi nəzərdə tutulub.
Eyni zamanda, sözügedən idman növləri ilə məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.
Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

Oxşar xəbərlər
Paralimpiya Komitəsindən yeni anlaşma
Paralimpiya Komitəsi və Karate Federasiyası arasında memorandum imzalandı
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Azərbaycan və Türkiyə federasiyaları arasında memorandum imzalandı
AMADA ilə ictimai birlik arasında memorandum imzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası