reklam
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Sportfm.az xəbər saytı

Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü


Gənclər və idman naziri Fərid Qayıbov yanvar və fevral ayları ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Sportfm.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Daha sonra “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Görüş zamanı iki ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Ardınca bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda nazir idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Oxşar xəbərlər

Fərid Qayıbov yüksək nəticələr qazanmış idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüşdü
Beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirildi
İdman naziri beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər