Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirildi
Gənclər və idman naziri Fərid Qayıbov avqust ayında beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, Bakı Gənclər Mərkəzində keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Fərid Qayıbov idmançıların beynəlxalq arenadakı nailiyyətlərini yüksək dəyərləndirib və ay ərzində Dövlət Himnimizin 8 ölkədə səsləndiyini vurğulayıb. Bu müddətdə qazanılan 25 qızıl, 25 gümüş və 33 bürünc medal münasibətilə idmançıları və məşqçiləri təbrik edib.
Görüşdə son bir ayda əldə olunan uğurları əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Oxşar xəbərlər
İdman naziri beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
Nazir idmançılarla görüşdü - uğurlu olanlarla
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası