Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” – “Sabah” matçında rekord qeydə alındı
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Sportfm.az xəbər verir ki, bu, 22-ci turun son oyununa təsadüf edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Bunadək rekord 12-ci turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.
“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən 11-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.

Oxşar xəbərlər
Tovuz stadionunda rekord sayda tamaşaçı
"Neftçi" - "Qarabağ" matçında yeni rekord qeydə alındı
“Neftçi” – “Qarabağ” oyununda yeni rekord
Mövsümün azarkeş rekordu qeydə alındı
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası