reklam
Bu mövsümün rekordu qeydə alındı -
Sportfm.az xəbər saytı

Bu mövsümün rekordu qeydə alındı -Misli Premyer Liqası


Misli Premyer Liqasının VI turu iki rekordla əlamətdar olub.
Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib. Üç gün ərzində keçirilən 5 oyunda ümumilikdə 10 min 950 tamaşaçı qeydə alınıb.

Bu, mövsümün arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici 8700 azarkeşin izlədiyi IV tura təsadüf edib.

Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” oyununu 4500, “Turan Tovuz” – “Qəbələ” matçını 4000 tamaşaçı izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) qarşılaşmalarında ümumilikdə 2450 tamaşaçı qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionundakı qarşılaşmasında 4300 tamaşaçı olub.

Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42 min 381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.

Oxşar xəbərlər

Mövsümün azarkeş rekordu qeydə alındı
Premyer Liqamızda 2023-cü ilin rekordu
Azərbaycan Premyer Liqasında yeni rekordlar
Premyer Liqamızda son 5 mövsümün rekordu
Mövsümün yeni rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər