reklam
Sportfm.az xəbər saytı

"Neftçi" - "Qarabağ" matçında yeni rekord qeydə alındı


Misli Premyer Liqasında 2024/25 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Sportfm.az xəbər verir ki, bu, “Neftçi” və “Qarabağ” arasında XXIII turda keçirilən Azərbaycan derbisinə təsadüf edib. “Neftçi Arena”dakı görüşü 9355 seyrçi izləyib.

Bu, çempionatın arxada qalan hissəsi üçün yeni rekorddur. Bunadək ən yüksək göstərici də eyni rəqiblərin eyni arenadakı qarşılaşmasında qeydə alınmışdı.

2024-cü il dekabrın 1-də keçirilən görüşü 7069 tamaşaçı seyr edib. Həmin matçda 3:0 hesablı qələbə qazanan “Qarabağ” bu dəfə bir qolla qalib gəlib.

Oxşar xəbərlər

“Neftçi” – “Qarabağ” oyununda yeni rekord
Mövsümün azarkeş rekordu qeydə alındı
Mövsümünün yeni rekordu - “Turan Tovuz” - “Qarabağ”
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası
Mövsümün yeni rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər