reklam
Tovuz stadionunda rekord sayda tamaşaçı
Sportfm.az xəbər saytı

Tovuz stadionunda rekord sayda tamaşaçı


Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.

Oxşar xəbərlər

“Neftçi” – “Qarabağ” oyununda yeni rekord
Mövsümün azarkeş rekordu qeydə alındı
"Turan Tovuz" - "Qarabağ" matçında 6000 azarkeş
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası
Mövsümün yeni rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər