reklam
Gəncə klubu 24 ildən sonra bunu bacardı
Sportfm.az xəbər saytı

Gəncə klubu 24 ildən sonra bunu bacardı


“Kəpəz” “Qarabağ”la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Sportfm.az xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 17-ci turunun səfər matçında 2:0 hesabı ilə qalib gəlib.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan “Kəpəz” 37 qarşılaşmadan ibarət seriyanı qırıb. Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır. Bu görüşlərdən 30-da “Qarabağ” qalib gəlib, 7-si heç-heçə nəticələnib.

Təxminən 24 ildən sonra rəqibinə qalib gələn “Kəpəz” 8694 gündən sonra bunu bacarıb. Qərb təmsilçisi “Qarabağ” üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.

Oxşar xəbərlər

Dörd ad altında çıxış etmiş klub 25-ci dəfə böyük hesabla qalib gəldi
"Qarabağ"ın 30-cu səfər qələbəsi
“Neftçi” 197 günlük həsrətə son qoydu
"Qarabağ"ın seriyasına son qoyuldu
AZAL-dan ilk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər