Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın seriyasına son qoyuldu
Topaz Premyer Liqasının XX turunun "Qarabağ”la "İnter” arasındakı oyunu üç məqamla əlamətdar olub.
Sportfm.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi iki fərqli seriyanı qırıbsa, meydan sahibləri bir yubiley qeyd edib.
Bakılılarla görüş "Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.
Məğlubiyyət "Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına son qoyub. 2015-ci il fevralın 28-də "Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdir.
Bu nəticə "İnter”in "Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub.
Oxşar xəbərlər
“Qarabağ” və “Neftçi”nin 900-cü oyunu - Yubiley
200-cü qolla qırılan seriya
“Plastik”dən "Kəpəz"ə - 350 matç
“Qarabağ” rekordun bir addımlığında dayandı
"Qarabağ"ın seriyaları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO
-
“Səbail” “Zirə”yə, “Qəbələ” “Mingəçevir”ə qarşı - Azərbaycan kuboku














Misli Premyer Liqası