reklam
Dörd ad altında çıxış etmiş klub 25-ci dəfə böyük hesabla qalib gəldi
Sportfm.az xəbər saytı

Dörd ad altında çıxış etmiş klub 25-ci dəfə böyük hesabla qalib gəldi


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 14-cü turunda baş verib.

Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan klub “Karvan-Yevlax”ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə “Kəpəz”ə çatan “Şamaxı” yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002 mövsümündə “Xəzər Universiteti” kimi qazanan komanda “Dinamo-Bakılı”nı (sonrakı “Bakı”) 3:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

“Şamaxı” 700-cü oyununu keçirdi
“Şamaxı” üçün əlamətdar oyun
“Şamaxı”dan 56-cı böyükhesablı qələbə
“Şamaxı” 400-cü qoluna imza atdı
"Şamaxı"nın 20 ildən sonrakı rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər