reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Gürcüstan klubuna qalib gəldi, Əhmədov qol vurdu


“Qəbələ” və Gürcüstanın “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. 13 yaşadək futbolçuların oyunu məhsuldar alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov rəqib qapısına yol tapıb. U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.

Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçiriləcək. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfər edəcək.

Oxşar xəbərlər

"Qarabağ"la 58-ci duel - Azərbaycan Kuboku
Qəbələdə yubiley oyunu
"Qəbələ" "Neftçi" ilə 46-cı duelinə çıxacaq
"Qəbələ" Qallini də növbəti mərhələyə yüksəldi
“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər