“Qəbələ” futbol klubu Tbilisi “Dinamo”su ilə yoldaşlıq oyunu keçirəcək
“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçirəcək.
Sportfm.az xəbər verir ki, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib. Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.
Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq.
Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Qəbələ"nin "Dinamo"ya məğlubiyyəti - VİDEO
"Qəbələ" "Dinamo"ya məğlub oldu - YENİLƏNİB
"Qəbələ" - "Dinamo": mətbuat konfranslarının vaxtı açıqlandı
"Qəbələ" və "Dinamo" üz-üzə
"Qəbələ" Gürcüstan klubuna qalib gəldi, Əhmədov qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası