"Qəbələ" Qallini də növbəti mərhələyə yüksəldi
İtaliyada keçirilən 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/8 final mərhələsinin oyunları baş tutub.
Sportfm.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qalib gələn “Qəbələ”nin U-13 komandası bu səddi də uğurla adlayıb. “Qırmızı-qaralar” 1/8 finalda Xorvatiyanın “Hayduk” klubunu mübarizədən kənarlaşdırıb. Oyunun gedişində Split təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, "Qəbələ" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. “Qırmızı-qaralar”ın heyətində Elmir Hüseynli, Okan Təhməzli və Şahin Şahniyarov fərqlənib. Komanda daha bir qol vurmaq imkanı qazansa da, penaltidən dəqiq istifadə olunmayıb.
“Qəbələ” 1/4 finalda İsveçrənin “Mendrisiotto Selection” komandası ilə görüşəcək.
Xatırladaq ki, “Qəbələ” qrupda Bolqarıstanın “Sofiya Sport B” komandasına 14:0, İtaliya təmsilçiləri “Liventina”ya 11:0, “Ankona”ya 3:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
"Qəbələ" "Beşiktaş"a qalib gəlsə də, 15-ci oldu
"Qəbələ"nin "Udineze"yə "gücü çatmadı"
"Qəbələ" Macarıstanda qələbə ilə başladı
"Bravo" futbolçularımıza "bravo" deməyə imkan vermədi
Dünya Kubokunda yolumuzu kəsən ingilislər italyanlarla üz-üzə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası