"Qarabağ"la 58-ci duel -Azərbaycan Kuboku
Gələn həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək. “Qəbələ” Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” fevralın 1-dəki ilk oyunu səfərdə keçirəcək. 5 gün sonra komanda doğma meydanda rəqibini sınağa çəkəcək.
Bakıda keçiriləcək ilk görüş rəqiblərin 58-ci dueli olacaq. “Qəbələ” və “Qarabağ” indiyədək 57 dəfə qarşılaşıb. 12 qələbəsi olan “qırmızı-qaralar” 19 heç-heçə edib. 26 oyunda ağdamlılar qalib gəlib. Əvvəlki görüşlərdə 49 qol vuran komandamız 76 top buraxıb.
48 dəfə Premyer Liqada görüşən rəqiblər Azərbaycan kubokunda 10-cu görüşə çıxacaq. Kubokda 5 dəfə yolları kəsişən komandalar 9 matç keçirib. Üç dəfə 1/4, bir dəfə yarımfinal və bir dəfə finalda “Qarabağ”la üz-üzə gələn komanda iki dueldə qalib olub. “Qırmızı-qaralar” bir dəfə yarımfinal, bir dəfə finala vəsiqəni ağdamlılarla görüşlərdə qazanıb. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 5 heç-heçə edib. 7 qol vuran futbolçular 8 top buraxıb.
29-cu dəfə “Qarabağ”ın qonağı olacaq “qırmızı-qaralar” səfərdə 5 qələbə, 9 heç-heçəyə imza atıb. 15 dəfə meydan sahibləri qalib gəlib. Rəqib qapısına 20 dəfə yol tapan qonaqlar 43 top buraxıb.
Xatırladaq ki, fevralın 1-də keçiriləcək “Qarabağ” - “Qəbələ” matçı Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 18:00-da başlayacaq.
Oxşar xəbərlər
“Qarabağ”la “Qəbələ”nin 73-cü dueli - Misli Premyer Liqası
"Qəbələ"nin "Qarabağ"la 63-cü dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" və "Qarabağ"ın 61-ci dueli - Azərbaycan Premyer Liqası
“Qarabağ”la “Qəbələ”nin 49-cu dueli
"Qəbələ" - "Keşlə": 46-cı dueldə kim qalib gələcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları















Misli Premyer Liqası