reklam
Yeni transferin başına gəlməyən qalmadı -
Sportfm.az xəbər saytı

Yeni transferin başına gəlməyən qalmadı -Evi qarət olundu


İtaliyanın “Milan” klubunun futbolçusu Niklas Füllkruqun 500 min avro dəyərində olan saatları oğurlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə məlumatı “Football Italia” portalı yayıb.

Mənbənin bildirdiyinə görə, 32 yaşlı hücumçu məşqə yollanarkən qarətə məruz qalıb. Otel otağına qayıdan Füllkruq seyfinin açıldığını aşkar edib.

Cinayətkarlar ümumi dəyəri yarım milyon avro olan dörd ədəd saatı ələ keçiriblər. Qeyd edək ki, Niklas Füllkruq “Milan”a İngiltərənin “Vest Hem” klubundan satınalma şərti ilə icarə əsasında keçib.

Oxşar xəbərlər

Yeni transfer debüt etmədən barmağını sındırdı
Renat Dadaşov yeni komandasının ən bahalı oyunçusu oldu
Azərbaycan Premyer Liqasının dəyəri artdı
"Mançester Yunayted"in futbolçusu "Ayntraxt"da - RƏSMİ
Dünyanın ən bahalı futbolçuları - TOP 10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər