Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted"in futbolçusu "Ayntraxt"da -RƏSMİ
"Mançester Yunayted"in futbolçusu Donni van de Bek "Ayntraxt"a keçib.
Sportfm.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Müqavilədə satınalma şərti də var. Bunun üçün Bundesliqa klubu qarşı tərəfə 11 milyon avro ödəməlidir.
Van de Bek 2020-ci ilin yayında 39 milyon avroya "Ayaks"dan "Mançester Yunayted"ə keçib. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda "qırmızı şeytanlar"ın heyətində cəmi 23 dəqiqə oynayıb. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 9 milyon avrodur.

Oxşar xəbərlər
Bruno da Ronaldonun yanına gedir
55 milyon funt-sterlinq ödəməyə hazırdılar
Xviça bu super klubun "radarında"
1.5 milyon avroya alıb, 30 milyon avroya satdılar
Pol Poqba rəsmən "Mançester Yunayted"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası