reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" "Dinamo"ya məğlub oldu -YENİLƏNİB


Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verəcək. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edəcək. 
Qeyd edək ki, bu, 2019/20 mövsümündən daha çox öz akademiyasının gənc futbolçularına yer verəcək yenilənmiş "Qəbələ"nin ilk oyunu olacaq. Bu mənada, komandanın bugünkü oyunu həm də bu fakta görə maraq doğurur.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

25 iyul

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

 

19:00. "Qəbələ" - "Dinamo" 0:2
Qollar
: Levan Kutalia, 41, Arfanq Daffe, 87

Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu

Oxşar xəbərlər

"Qəbələ"nin "Dinamo"ya məğlubiyyəti - VİDEO
"Neftçi" "Arsenal"la, "Qəbələ" "Dinamo" ilə qarşılaşacaq
"Qəbələ" - "Dinamo" matçının hakimləri açıqlandı
"Qəbələ" - "Dinamo" matçının başlama saatı açıqlandı
"Qəbələ"nin Avropa Liqasındakı rəqibi məlum oldu - Gürcülərlə oynayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər