reklam
Yunuszadənin 200-cü oyunu
Sportfm.az xəbər saytı

Yunuszadənin 200-cü oyunu


“Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Sportfm.az xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 14-cü turuna təsadüf edib.

Elvin “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.

Yunuszadə 200 oyunda 8 qola imza atıb.

Müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan-Yevlax”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.

O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. Elvin “200”ə cari mövsümdə çatan 3-cü oyunçudur. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.

Oxşar xəbərlər

200-cü oyun - 3 qol
Azər Salahlı yubiley oyununu keçirdi
“Araz-Naxçıvan”ın futbolçusu 300-cü oyuna çıxdı
"Sabah"ın futbolçusu Premyer Liqada 250-ci oyununu keçirdi
Elvin Yunuszadə "Qəbələ"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər