reklam
200-cü oyun -
Sportfm.az xəbər saytı

200-cü oyun -3 qol


Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Sportfm.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Misli Premyer Liqasının 10-cu turuna təsadüf edib.

30 yaşlı futbolçu “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib.

O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/2014 mövsümündə “Neftçi”də gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.

Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur.

Filip Ozobiç də (“Turan Tovuz”) “200”-ü mövsümün gedişində arxada qoyub.

Oxşar xəbərlər

Nəbiyev 100-cü matçına çıxdı - YUBİLEY
Azər Salahlı yubiley oyununu keçirdi
“Araz-Naxçıvan”ın futbolçusu 300-cü oyuna çıxdı
Kapitan üçün 250-ci matç
Gəncəli futbolçu 100-ü haqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər