reklam
Azərbaycan millisi final matçına çıxacaq
Sportfm.az xəbər saytı

Azərbaycan millisi final matçına çıxacaq


Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.
Sportfm.az xəbər verir ki, yarımfinalın taybrekində Qazaxıstanı 3:1 hesabı ilə məğlub edən milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.

İki görüşdə qalib bəlli olmasa, komandalar taybreykdə münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Oxşar xəbərlər

Azərbaycanın millisi yarımfinalda Qazaxıstanla qarşılaşacaq - Dünya çempionatı
Şahmatçılarımız dünya çempionatında
Yığmamız Özbəkistanla qarşılaşacaq - Dünya çempionatı
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Avropa çempionatında növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər